Siyasət

Azərbaycan elektrik enerjisi üçün tranzit dəhlizinin yaradılması ilə bağlı danışıqlar aparır

13 Avqust 2026, 15:171
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Gürcüstan, Azərbaycan, Türkiyə və Bolqarıstan arasında elektrik enerjisi üçün tranzit dəhlizinin yaradılması ilə bağlı danışıqlar aparılır.

Zefer.media Qafqazinfoya istinadən xəbər verilir ki, bu barədə Gürcüstanın iqtisadiyyat nazirinin müavini İnqa Pxaladze bildirib.

“Gürcüstanın mühüm coğrafi mövqeyi ölkəmizi Cənubi Qafqazda enerji mərkəzinə çevirir. Bu, hər hansı maraqlı ölkədən, ilk növbədə qonşu ölkələrdən elektrik enerjisinin Gürcüstan vasitəsilə Avropaya ötürülə biləcəyinə zəmanət verir”, – nazir deyib.

Onun sözlərinə görə, iqtisadi baxımdan böyük əhəmiyyət kəsb edən bu təşəbbüs çərçivəsində Gürcüstan həm tranzit ölkə rolunu oynaya, həm də öz elektrik enerjisini ixrac edə bilər.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600