• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
26.9° Weather Ashburn
$
1.7
€
1.9442
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycanlı jurnalist yenidən beynəlxalq media təşkilatında rəhbər seçilib

06 İyul, 26 / 14:53
A A

Qlobal Jurnalistlər Şurasının (Küresel Gazeteciler Konseyi) növbəti Baş Assambleyası başa çatıb. Qurumun sədri Mehmet Ali Dim yenidən bu vəzifəyə seçilib, eyni zamanda idarəetmə və digər qurumların yeni tərkibi müəyyənləşdirilib.

Zefer.media Modern.az-a istinadən xəbər verir ki, 2019-cu ildə beynəlxalq birlik statusunda yaradılan Küresel Jurnalistlər Şurasının III Baş Assambleyası aprelin 8-də başlayıb və iyulun 4-də idarə heyəti, nəzarət, etika və fəxri şuralar, həmçinin ixtisas komitələri və işçi qruplarının seçilməsi ilə yekunlaşıb.

Bildirilir ki, hazırda 84 ölkə və Türkiyənin 81 vilayətində nümayəndəliyi olan təşkilatın Baş Assambleyası Daxili İşlər Nazirliyi tərəfindən akkreditə olunmuş şirkətin təşkilatçılığı ilə “Zoom” platforması üzərindən onlayn keçirilib.

Səsvermənin nəticələrinə əsasən, Mehmet Ali Dim növbəti üç il müddətinə yenidən Küresel Jurnalistlər Şurasının sədri seçilib. Assambleyada həmçinin Yayım, Yerli, Xarici və Rəqəmsal Media məclislərinin rəhbərləri, idarə heyətləri, eləcə də ilk dəfə yaradılan regional işçi qrupları formalaşdırılıb.

Baş Assambleyada keçirilən səsvermənin nəticələrinə əsasən, Yayım Media Məclisinin sədri vəzifəsinə Özgenur Reyhan Güler, Yerli Media Məclisinin sədri vəzifəsinə İsrafil Avcı, Xarici Media Məclisinin sədri vəzifəsinə isə azərbaycanlı jurnalist Elşad Eyvazlı seçilib.Səsvermənin nəticələrinə əsasən, Rəqəmsal Media Məclisinə isə Güven Hasbaş rəhbərlik edəcək.

Qərara əsasən, Yayım Media Məclisində sədr müavini Dursun Eker, Xarici Media Məclisində Ahmet Coşkunaydın, Yerli Media Məclisində İbrahim Arslan, Rəqəmsal Media Məclisində isə Denizhan Erkoç seçilib. Hər dörd məclisin idarə heyətləri və digər üzvləri də Baş Assambleyada təsdiqlənib.

Qeyd edək ki, yeni seçilən rəhbərlik 2026-2029-cu illər ərzində fəaliyyət göstərəcək.

Baş Assambleyada çıxış edən Mehmet Ali Dim təşkilatın yaradıldığı ilk illərdə onun uğur qazanacağına inanmayanların olduğunu xatırladaraq, bu gün KGK-nın dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən geniş jurnalist şəbəkəsinə çevrildiyini bildirib.

Onun sözlərinə görə, təşkilatın əsas məqsədi Türk dünyası, Balkanlar, Yaxın Şərq, Avropa və Afrika arasında media əməkdaşlığını gücləndirmək, beynəlxalq nüfuza malik peşəkar jurnalist təşkilatı kimi fəaliyyətini daha da genişləndirməkdir.

Bənzər Xəbərlər

Cəmiyyət

İdeal Azərbaycan Qadını: Mehriban Əliyeva Ənənə və Müasirlik Arasında

İyul 19, 2026
Manşet

Təltif edilmiş əməkdaşlara vəsiqələr və medallar təqdim olunub

İyul 17, 2026
İqtisadiyyat

Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı cüzi artıb

İyul 17, 2026
Cəmiyyət

ADSEA sədri Füzulidə vətəndaşlarla görüşüb

İyul 17, 2026
Cəmiyyət

Azərbaycanda internet sürətlənir? – Rəsmi göstəricilər

İyul 17, 2026
Cəmiyyət

İlin ilk altı ayında xaricdə alınan 9 elmi dərəcə Azərbaycanda tanınmayıb

İyul 16, 2026

XƏBƏR LENTİ

Şuşa artıq regional deyil, qlobal əhəmiyyətli dialoq məkanıdır – ŞƏRH

19 İyul, 26 / 18:08

İdeal Azərbaycan Qadını: Mehriban Əliyeva Ənənə və Müasirlik Arasında

19 İyul, 26 / 15:38

Milli Məclisin deputatı Nigar Arpadarai Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib

18 İyul, 26 / 12:46

Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək

17 İyul, 26 / 18:16

Təltif edilmiş əməkdaşlara vəsiqələr və medallar təqdim olunub

17 İyul, 26 / 18:14

İspaniya Baş naziri ABŞ Prezidenti ilə DÇ-nin finalında görüşəcək

17 İyul, 26 / 18:08

“Evdə tək-2” filminin aktrisası dünyasını dəyişib

17 İyul, 26 / 18:05

Hörmüz boğazında gəmi axını rekord həddə azalıb

17 İyul, 26 / 18:02

SEPAH: “ABŞ-nin qırıcıları və tanker təyyarələri vurulub”

17 İyul, 26 / 17:59

Qəbul imtahanında dörd nəfər 400 bal toplayıb

17 İyul, 26 / 17:36

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.