• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
19.9° Weather Ashburn
$
1.7
€
1.9747
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Azərbaycan və Qırğızıstan arasındakı münasibətlər hazırda yüksək səviyyədə inkişaf edir - Deputat 

18 May, 26 / 13:40
A A

Qırğız Respublikasının Prezidenti Sadır Japarov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycan Respublikasına səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər qarşılayıblar.

Bakı və Bişkek arasındakı əlaqələrdən bəhs edən Deputat Elman Nəsirov Zefer.media–ya açıqlamasında bildirib ki, Azərbaycan beynəlxalq tədbirlərin təşkili sahəsində böyük təcrübəyə malik olduğunu bir daha nümayiş etdirir:

“Azərbaycan Respublikası yenidən mötəbər bir beynəlxalq tədbirə ev sahibliyi edir. Dünyanın diqqət mərkəzində olan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Azərbaycanda keçirilməsi olduqca təqdirəlayiq haldır. Çünki ölkəmiz ən yüksək səviyyəli beynəlxalq tədbirlərin hazırlanması və təşkili sahəsində artıq qabaqcıl bir nümunə ortaya qoyub. Birinci Avropa Oyunları, Dördüncü İslam Həmrəyliyi Oyunları, “Eurovision” mahnı müsabiqəsi və 2024-cü ildə yüksək səviyyədə təşkil olunmuş COP29 tədbiri buna bariz nümunədir. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan nəhəng beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəyə malikdir. Ölkəmizin hər tədbirdə nümayiş etdirdiyi təşkilatçılıq modeli analoji tədbirlərə ev sahibliyi edəcək digər dövlətlər üçün bir örnək rolunu oynayır.
Bu mötəbər tədbir çərçivəsində Azərbaycana səfər edən qonaqlardan biri də Qırğız Respublikasının Prezidenti cənab Sadır Japarovdur. Azərbaycan ilə Qırğızıstan arasındakı münasibətlər hazırda yüksək səviyyədə inkişaf edir. Bu əlaqələrin indiki müstəviyə yüksəlməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Qırğız Respublikasının Prezidenti cənab Sadır Japarov arasındakı sıx və səmimi dostluq münasibətlərinin böyük rolu var. Xalqlarımızın eyni köklərə malik dostluğu, dövlət başçılarımızın və ölkələrimizin səmimi tərəfdaşlığı Qırğızıstan Prezidentinin bu Forumda yaxından iştirakını şərtləndirən əsas amillərdəndir.
Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında Qarabağ və Şərqi Zəngəzurun bərpası, orada müasir infrastrukturun qurulması, şəhər və kəndlərin salınması istiqamətində atdığı mühüm addımları da nümayiş etdirir. Qırğız Respublikası da işğaldan azad olunmuş ərazilərin bərpası prosesinə öz töhfəsini verir ki, bu da dostluğumuzun möhkəmlənməsi baxımından olduqca əhəmiyyətlidir. Uğurla icra edilən bu layihələr çərçivəsində Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzurda infrastruktur və şəhərsalma işlərinə indiyədək 14,7 milyard dollar vəsait xərcləyib. Bu, kifayət qədər böyük bir göstəricidir və 2028-ci ilə qədər sözügedən rəqəmin 18 milyard dollara çatdırılması nəzərdə tutulur”.

Deputat həmçinin qeyd edib ki, Forumun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir:

“Belə bir tədbirin keçirilməsi Azərbaycanın beynəlxalq imicinə müsbət təsir etməklə yanaşı, regional əməkdaşlıq baxımından da mühüm hadisədir. Tədbir dünyada şəhərsalma mədəniyyətinin inkişafı nöqteyi-nəzərindən böyük aktuallıq kəsb edir. Belə bir yüksək səviyyəli tədbirin Bakıda təşkili Azərbaycanın həm beynəlxalq aləmdə, həm də regionda yerini və rolunu möhkəmləndirir, onun sülhpərvər dövlət olduğunun bariz göstəricisidir. Azərbaycan yalnız quruculuq proseslərinə töhfə vermir, həm də öz paytaxtından dünyaya urbanizasiya problemlərinin həlli, şəhər iqliminin tənzimlənməsi, turizm potensialının inkişaf etdirilməsi və şəhərsalma mədəniyyəti sahəsində qazanılmış nailiyyətlərin bölüşülməsi üçün yeni imkanlar açır. Bu baxımdan, Forumun ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsinə xidmət edir”.

Lalə Qurbanlı

Bənzər Xəbərlər

Gündəm

Gəmiyə hücum zamanı yaralanan vətəndaşlarımız AzTV-yə nələri danışdılar? – EKSKLÜZİV AÇIQLAMALAR

İyun 6, 2026
Cəmiyyət

Ali məktəblərə 2-ci cəhd imtahanına qeydiyyat niyə tez aparılır? - ARAŞDIRMA

İyun 6, 2026
Cəmiyyət

Yağıntılı hava ayın neçəsinə kimi davam edəcək?

İyun 5, 2026
Dünya

Ərdoğan: Qlobal sistem bir çox fürsəti boşa verdi

İyun 5, 2026
Manşet

Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib

İyun 5, 2026
Dünya

Qaluzin Avropanı Ukrayna ilə bağlı dialoq üçün konkret ideyalar irəli sürməyə çağırıb

İyun 5, 2026

XƏBƏR LENTİ

Gəmiyə hücum zamanı yaralanan vətəndaşlarımız AzTV-yə nələri danışdılar? – EKSKLÜZİV AÇIQLAMALAR

06 İyun, 26 / 15:30

Azərbaycanda ilk su ölçmə sistemi Ağstafada quruldu

06 İyun, 26 / 14:32

Ali məktəblərə 2-ci cəhd imtahanına qeydiyyat niyə tez aparılır? - ARAŞDIRMA

06 İyun, 26 / 13:47

Regionlara 25 yeni ambulans və reanimobil təhvil verilib

05 İyun, 26 / 23:19

Həlak olan azərbaycanlılardan ikisinin kimliyi bilinib

05 İyun, 26 / 17:14

Yağıntılı hava ayın neçəsinə kimi davam edəcək?

05 İyun, 26 / 17:12

İsrailin Livanın cənubuna hücumları ilə bu qədər şəxs həlak olub

05 İyun, 26 / 17:09

Ərdoğan: Qlobal sistem bir çox fürsəti boşa verdi

05 İyun, 26 / 17:01

Fərid Əhmədov Zəngilanda vətəndaşları qəbul edib

05 İyun, 26 / 16:27

Polşa Baş nazirinin müavini UPA vasitəsilə ukraynalılara məktub yazdı

05 İyun, 26 / 16:20

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.