• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
19.7° Weather Ashburn
$
1.7
€
1.9747
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Manşet

Azərbaycan hələ çox belə nüfuzlu tədbirlərə ev sahibliyi edəcək - Bəhruz Məmmədzadə

22 May, 26 / 11:00
A A

Azərbaycanın qlobal, nəhəng tədbirlərə uğurla, layiqli şəkildə ev sahibliyi etməsi ölkənin beynəlxalq nüfuzunun və təşkilati imkanlarının növbəti dəfə təsdiqi kimi qiymətləndirilir. Xüsusilə, 2 ildən az müddət ərzində COP29 və WUF13 kimi iki mühüm, nüfuzlu tədbirin yüksək səviyyədə keçirilməsi ölkəmizin beynəlxalq əməkdaşlıq və qlobal təşəbbüslərə verdiyi töhfənin bariz nümunəsidir.

COP29 tədbirində 80-dən çox ölkənin dövlət və hökumət başçısı iştirak edib. Sammit çərçivəsində təşkil olunan Liderlər Görüşündə iqlim dəyişiklikləri ilə mübarizə, dayanıqlı inkişaf və qlobal əməkdaşlıq məsələləri geniş müzakirə olunub. Tədbir beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib və Azərbaycanın çoxtərəfli diplomatiyada artan rolunu bir daha nümayiş etdirib. Ölkəmiz COP29-a ev sahibliyi edən ilk Qafqaz ölkəsi olub və beynəlxalq tədbir zamanı “yaşıl enerji keçidi”, günəş və külək enerjisi layihələrini ön plana çıxarıb.
Bunun davamı olaraq, Ümumdünya Şəhərsalma Forumu – WUF13 çərçivəsində də Azərbaycan mühüm beynəlxalq platformaya çevrilib.

Prezident İlham Əliyevin təşəbbüsü ilə forum tarixində ilk dəfə olaraq Liderlər Sammiti keçirilib. Mayın 18-də təşkil olunan sammitdə 27 dövlət və hökumət başçısı, beynəlxalq təşkilatların rəhbərləri və yüksəksəviyyəli qonaqlar iştirak ediblər. Çıxış edən liderlər Azərbaycanda yaradılmış yüksək təşkilati şəraiti və qonaqpərvərliyi xüsusi vurğulayıblar.

WUF13 çərçivəsində mayın 17-də keçirilən Nazirlər Görüşünə isə 70-ə yaxın ölkəni təmsil edən nazirlər və nazir müavinləri qatılıb. Görüşün yekununda qəbul edilən “Sədrin xülasəsi” sənədində Prezident İlham Əliyevin uzaqgörən liderliyi, qüdrətli siyasəti və Azərbaycanın qlobal şəhərsalma gündəliyinə verdiyi töhfə qeyd olunub.

Mövzu ilə bağlı Zefer.media-ya açıqlama verən XTQ mənsubu, qazi, Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və və Veteranları İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə bildirib ki, ölkəmizin qısa müddət ərzində iki nəhəng nüfuzlu, beynəlxalq tədbirə uğurla ev sahibliyi etməsi onun siyasi sabitliyinin, təhlükəsizliyinin və yüksək idarəçilik potensialının göstəricisidir.

Təşkilat sədri qeyd edib ki, bu cür əhəmiyyətli tədbirlər Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, həmçinin ölkənin regional və qlobal proseslərdə fəal iştirakına, turizm və investisiyaya mühüm töhfə verir. Artıq ölkəmiz belə dünyaca əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi ilə yüksək səviyyədə şan-şöhrət qazanıb:

“COP29 daha çox iqlim dəyişiklikləri, yaşıl enerji və ekoloji siyasətə fokuslanırsa, WUF13 şəhərsalma, dayanıqlı urbanizasiya və insanların yaşayış keyfiyyəti məsələlərini ön plana çıxarır. Yaşıl enerji, ağıllı şəhərlər və davamlı inkişaf mövzuları gələcək dövr üçün əsas prioritetlərdən biridir. Ölkəmiz şübhəsiz bundan sonra da belə böyük, dünya miqyaslı tədbirlərə ev sahibliyi edəcək”.

Bəhruz Məmmədzadə həmçinin vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma və müasir şəhərsalma layihələri Azərbaycanın dayanıqlı inkişaf və yaşıl gələcək strategiyasının önəmli hissəsidir.

O, xüsusi olaraq diqqətə çatdırıb ki, müasir şəhərsalmada əlil arabalarının da rahat keçidinin təmininə gələcək layihələrdə xüsusi diqqət ayrılmalıdır.

Təşkilat rəhbərinin sözlərinə görə Bakı, habelə digər şəhər və rayonların bir çox yollarında, müəssisə və qurumlarında əlil arabalarının keçidi üçün daha çox lazımi şərait yaradılsa fiziki məhdudiyyətli şəxslər həmin yerlərdə asanlıqla arabaları ilə hərəkət edə bilərlər.

WUF13 - Zefer.media

Bənzər Xəbərlər

Cəmiyyət

Azərbaycanda ilk su ölçmə sistemi Ağstafada quruldu

İyun 6, 2026
Cəmiyyət

Ali məktəblərə 2-ci cəhd imtahanına qeydiyyat niyə tez aparılır? - ARAŞDIRMA

İyun 6, 2026
Cəmiyyət

Regionlara 25 yeni ambulans və reanimobil təhvil verilib

İyun 5, 2026
Cəmiyyət

Həlak olan azərbaycanlılardan ikisinin kimliyi bilinib

İyun 5, 2026
Cəmiyyət

Yağıntılı hava ayın neçəsinə kimi davam edəcək?

İyun 5, 2026
Cəmiyyət

Fərid Əhmədov Zəngilanda vətəndaşları qəbul edib

İyun 5, 2026

XƏBƏR LENTİ

Gəmiyə hücum zamanı yaralanan vətəndaşlarımız AzTV-yə nələri danışdılar? – EKSKLÜZİV AÇIQLAMALAR

06 İyun, 26 / 15:30

Azərbaycanda ilk su ölçmə sistemi Ağstafada quruldu

06 İyun, 26 / 14:32

Ali məktəblərə 2-ci cəhd imtahanına qeydiyyat niyə tez aparılır? - ARAŞDIRMA

06 İyun, 26 / 13:47

Regionlara 25 yeni ambulans və reanimobil təhvil verilib

05 İyun, 26 / 23:19

Həlak olan azərbaycanlılardan ikisinin kimliyi bilinib

05 İyun, 26 / 17:14

Yağıntılı hava ayın neçəsinə kimi davam edəcək?

05 İyun, 26 / 17:12

İsrailin Livanın cənubuna hücumları ilə bu qədər şəxs həlak olub

05 İyun, 26 / 17:09

Ərdoğan: Qlobal sistem bir çox fürsəti boşa verdi

05 İyun, 26 / 17:01

Fərid Əhmədov Zəngilanda vətəndaşları qəbul edib

05 İyun, 26 / 16:27

Polşa Baş nazirinin müavini UPA vasitəsilə ukraynalılara məktub yazdı

05 İyun, 26 / 16:20

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.