• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.977
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Azərbaycan Ermənistandan ilk dəfə idxala start verdi - AÇIQLAMA

16 Aprel, 26 / 12:39
A A

Azərbaycan Ermənistandan ilk dəfə mal idxal etdi. Bu ilin mart ayında Azərbaycan Ermənistandan ilk dəfə 960 ABŞ dolları dəyərində mal idxal edib. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bundan başqa, bu ilin I rübündə Azərbaycan Ermənistana 5 milyon 757 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Bunun 1 milyon 537 min dollarlıq hissəsi mart ayının payına düşüb.

Ermənistana ixracdan əldə olunan gəlirlər Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,1%-ni təşkil edib.

Azərbaycan Milli Məclisinin VI və VII çağırış deputatı, iqtisadçı Vüqar Bayramov Zefer.media-ya bildirib ki, Azərbaycan sülh gündəliyinə sadiq qalaraq Ermənistana enerji məhsullarının ixracını həyata keçirir:

“Eyni zamanda, Azərbaycan ərazisi üzərindən Ermənistana daşınan yüklərlə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb. Bu addımlar ölkənin regionda sülhə verdiyi töhfəni və göstərdiyi dəstəyi bir daha təsdiqləyir.
Xüsusilə, Zəngəzur dəhlizinin istifadəyə verilməsi və ümumilikdə kommunikasiyaların bərpası, eləcə də tranzit imkanları üzərindən iqtisadi əlaqələrin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Bu proseslər regionda dayanıqlı sülhün formalaşmasına ciddi töhfə verə bilər.
Aparılan qiymətləndirmələr göstərir ki, Azərbaycan və Ermənistan arasında 38 məhsul üzrə qarşılıqlı idxal-ixrac əməliyyatlarının qurulması mümkündür. Bu isə o deməkdir ki, iqtisadi əlaqələrin tam bərpası halında iki ölkə arasında illik ticarət dövriyyəsi təxminən 300 milyon ABŞ dolları səviyyəsində formalaşa bilər. Bu rəqəmə həm Azərbaycandan Ermənistana, həm də Ermənistandan Azərbaycana ixrac daxildir”.

Deputat Vüqar Bayramov əlavə edib ki, bununla yanaşı, Zəngəzur dəhlizinin açılması regiondan keçən yükdaşımaların həcmini əhəmiyyətli dərəcədə artıracaq:

“Bu isə yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə region ölkələri üçün əlavə iqtisadi imkanlar yaradacaq. Tranzit yükdaşımalarından əldə olunan gəlirlərin artması həm dayanıqlı sülhün möhkəmlənməsi, həm də regionun iqtisadi inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır”.

Aytən Yalçınqızı

Bənzər Xəbərlər

Cəmiyyət

“Ailəm – mənim dəyərim” layihəsi çərçivəsində ilk təlim həyata keçirilib

May 26, 2026
Manşet

MDB Baş katibi İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib

May 26, 2026
Cəmiyyət

Bu gün ölkəmizdə qısa iş günüdür

May 26, 2026
Cəmiyyət

TƏBİB-in tabeli tibb müəssisələrinə yeni direktorlar təyin olunub

May 26, 2026
Banner

Nazirlər Kabineti bu qaydalarda dəyişiklik edib

May 26, 2026
Cəmiyyət

“YAŞAT” Fondu tərəfindən “Hədiyyə karvanı” layihəsi reallaşdırılır

May 26, 2026

XƏBƏR LENTİ

“Ailəm – mənim dəyərim” layihəsi çərçivəsində ilk təlim həyata keçirilib

26 May, 26 / 17:25

MDB Baş katibi İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib

26 May, 26 / 15:56

Bu gün ölkəmizdə qısa iş günüdür

26 May, 26 / 15:54

“Qərb inkişaf etməkdə olan ölkələrdən resursları ağır şərtlər altında alacaq”

26 May, 26 / 15:38

“ASAN xidmət” və Afrika tərəfdaşlığı beynəlxalq konfransda təqdim olunub

26 May, 26 / 15:35

Ərdoğan 27 May çevrilişində həlak olanların ailələrini qəbul edib

26 May, 26 / 15:34

TƏBİB-in tabeli tibb müəssisələrinə yeni direktorlar təyin olunub

26 May, 26 / 15:31

SEPAH ABŞ dronunu vurduğunu iddia edir

26 May, 26 / 15:13

Putin: KTMT kollektiv qüvvələrinin tərkib hissələrini idarə etmək sistemini təkmilləşdirməlidir

26 May, 26 / 13:46

Nazirlər Kabineti bu qaydalarda dəyişiklik edib

26 May, 26 / 13:32

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.