“Avropa İttifaqı (Aİ) və NATO Rusiya ilə güc mövqeyindən danışmalı və güzəştə getməməlidir”.
Zefer.media xəbər verir ki, Estoniyanın xarici işlər naziri Marqus Tsaxna bunu 13 iyulda bildirib.
O, “Politico”ya verdiyi açıqlamada deyib: “Rusiyaya qarşı yanaşma təzyiqin artırılması, güzəştə getməmək və yalnız güc mövqeyindən danışıqlar aparmaq olmalıdır” .
Tsaxkna Qərbi Rusiyaya iqtisadi və hərbi təzyiqi artırmağa çağıraraq, onun ərazisinə zərbələr endirilməsində israr etdi. O, bunun Moskvanı zəiflətdiyini söyləyib.
Zərintac Mayisqızı




