Xarici xəbərlər

Avropa Komissiyası SpaceX-i Ukraynada Starlink-in tam fəaliyyətini bərpa etməyə çağırıb

22 Oktyabr 2026, 13:092
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Avropa Komissiyası SpaceX şirkətini Ukraynada “Starlink” peyk rabitə sisteminin tam fəaliyyətini bərpa etməyə çağırıb.

Zefer.media xarici mətbuata istinadən xəbər verir ki, Avropa Komissiyasının nümayəndəsi Toma Renye “Starlink”in fəaliyyətinin ləngiməsi ilə bağlı məlumatları “dərin narahatlıq doğuran” adlandırıb. Onun sözlərinə görə, Ukraynaya hərbçilərin koordinasiyası, mülki əhalinin qorunması və dronların idarə olunması üçün bu rabitə sistemi lazımdır.

Renye qeyd edib ki, Ukraynadakı müharibə Avropanın təhlükəsizliyinin kosmik texnologiyalardan asılı olduğunu göstərib. Aİ hazırda 300-dən çox peyki əhatə edəcək “Iris²” adlı təhlükəsiz peyk rabitə sistemini hazırlayır. Ukrayna da layihədə iştirak edəcək.

Pərvin Hacıyeva

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600