Avropa Komissiyası Aİ ölkələrinin sanksiyalar və genişlənmə məsələlərində veto hüququndan məhrum edilməsini təklif edib.
Zefer.media bunu xarici KİV-lərə istinadən xəbər verir.
Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos bildirib ki, bir sıra sahələrdə qərarların ixtisaslı səs çoxluğu ilə qəbuluna keçmək lazımdır ki, ayrı-ayrı ölkələr qərarların qarşısını ala bilməsin.
Təklif, xüsusilə, sanksiyalara, vergidən yayınma ilə mübarizəyə və Aİ-nin genişlənməsi prosesinə aiddir.
Bununla belə, yeni üzvlərin qəbul prosedurunun yalnız başlanması və başa çatdırılması üçün yekdillik prinsipinin saxlanılması planlaşdırılır.
İslahatın qüvvəyə minməsi üçün onu Avropa Parlamenti təsdiqləməli və Aİ-yə üzv bütün ölkələr Aİ Şurasında yekdilliklə dəstəkləməlidir.
Lalə Qurbanlı

















