Gündəm

“ASAN xidmət”in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir

13 Oktyabr 2026, 10:001
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Kamboca Krallığının poçt və telekommunikasiyalar naziri ilə görüşüb. 

Dövlət Agentliyinin mətbuat xidmətindən Zefer.media – ya verilən məlumata görə, əsas məqsəd “ASAN xidmət”in Kambocada tətbiqi ilə bağlı imzalanmış Anlaşma Memorandumunun icrası ilə bağlı görüləcək işləri, fəaliyyət istiqamətlərini müzakirə etmək olub.

Xatırladaq ki, 2025-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Kamboca Krallığının Poçt və Telekommunikasiyalar Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində “ASAN xidmət” təcrübəsinin tətbiqini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600