Xarici xəbərlər

Ankara İslamabad və Ər-Riyadla yeni üzvləri qəbul etməyə hazır olduğunu açıqlayıb

13 Avqust 2026, 15:211
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının müdafiə alyansı digər ölkələrin pakta qoşulmaq üçün müraciətlərini nəzərdən keçirə bilər.

Zefer.media xəbər verir ki, bunu Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk jurnalistlərə deyib.

Rəsmi şəxs həmçinin vurğulayıb ki, alyans NATO-nun əvəzedicisi deyil və onunla rəqabət apardığını iddia etmir, əksinə qlobal təhlükəsizlik arxitekturasını tamamlayan bir mexanizmdir.
Aktürk qeyd edib ki, müqavilə heç bir ölkəyə qarşı yönəlməyib və iştirakçıları birgə hərbi təlimlər keçirməyi planlaşdırırlar.
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan avqustun 7-də kollektiv müdafiə, kəşfiyyat məlumatlarının mübadiləsi və regional təhlükəsizlik koordinasiyasını nəzərdə tutan müqavilə imzalayıblar.
Zərintac Mayisqızı 
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600