Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı peşəkar boksçu Terens Kroufordla görüşüb.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, görüş zamanı Krouford Zelenskiyə amerikalı pitbulteryer cinsindən olan dişi balaca it hədiyyə edib. İtə Freya adı verilib.
Zelenskinin sözlərinə görə, Freyanın babası Atos Buçanın Rusiya işğalı zamanı sağ qalıb. O bildirib ki, balaya Freya adının verilməsi gələcək FREYJA hava hücumundan müdafiə sistemi ilə bağlıdır və müdafiənin simvolu kimi nəzərdə tutulub.
Zelenski Krouforda həmçinin Ukraynaya göstərdiyi həmrəyliyə görə təşəkkür edib.
Aytən Yalçınqızı


















