Dünya

“Almaniyanın öz nüvə silahını nəzərdən keçirməsini istəmirəm” – Merts

18 Fevral 2026, 14:004
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Almaniya kansleri Fridrix Merts ölkənin özünün nüvə silahı yaratması ehtimalını istisna edib.

Zefer.media xəbər verir ki, o, Almaniyanın imzaladığı beynəlxalq müqavilələrə – Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə və “İki üstəgəl dörd” müqaviləsinə riayət etməyi zəruri hesab etdiyini vurğulayıb.

Mertsin sözlərinə görə, Almaniya sonuncu sazişdən birtərəfli qaydada çıxa bilməz, birincidən çıxmaq isə yalnız nəzəri cəhətdən mümkündür və vaxt aparacaq:

“Mənim üçün belə bir seçim variant deyil. Mən Almaniyanın öz nüvə silahını nəzərdən keçirməsini istəmirəm.

Berlin Paris və Londonla NATO çərçivəsində Avropa nüvə qalxanının yaradılması imkanını müzakirə etməyə hazırdır”,

Merts həmçinin bildirib ki, belə bir ssenaridə Almaniya öz qırıcılarını Fransa və ya Britaniya nüvə raketləri ilə təchiz etmək üçün təmin edə bilər.

Yeganə

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600