Almaniya kansleri Fridrix Merzin reytinqi aşağı düşməkdə davam edir.
Zefer.media Forsa İnstitutunun sorğusuna istinadən xəbər verir ki, almanların 85%-i onun fəaliyyətindən narazıdır ki, bu da onun vəzifəyə başlamasından bəri ən aşağı göstəricidir.
“Bild” qəzetinin məlumatına görə, aprel ayında bu rəqəm 80% təşkil edirdi.
Eyni zamanda, əgər Bundestaq seçkiləri gələn bazar günü keçirilsəydi, AfD seçkilərdə iştirak etmək istəyən vətəndaşların səslərinin 28%-ni alacaq, CDU/CSU (21%) və Yaşıllar (16%) partiyalarını qabaqlayacaq. Digər 30% isə ümumiyyətlə səs verməyəcəklərini bildirib.
Zərintac Mayisqızı

















