• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
19° Weather Columbus
$
1.7
€
1.9385
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Ali məktəblərə 2-ci cəhd imtahanına qeydiyyat niyə tez aparılır? - ARAŞDIRMA

06 İyun, 26 / 13:47
A A

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat prosesi 2026-cı il iyunun 8-dək aparılacaq.

2-ci cəhdə qatılmaq istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər.

Lakin bəzi abituriyentlər narazılıq edirlər ki, birinci imtahanın cavabları çıxmadan 2-ci şans üçün artıq qeydiyyat müddəti təyin olunub.

Məsələni araşdırmaq məqsədilə ilə həm təhsil eksperti Elçin Əfəndi, həm də Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə ilə həmsöhbət olduq.

Elçin Əfəndi Zefer.media-ya açıqlamasında deyib ki, imtahan nəticələri çıxdıqdan sonra qeydiyyatdan keçmək daha məqsədəuyğun olardı, abituriyentlər ən azından nəticələrini dəqiq öyrənərdi və onun üzərindən qərar vermək imkanları yaranardı:

“Lakin ərizə qəbulu daha erkən icra edilir və ardınca isə nəticələr elan olunur. Prosesin belə tənzimlənməsi açıq yazılı sualların yoxlanılmasının uzun müddət tələb etməsindən irəli gəlir. Bütün suallar qapalı tipli suallar üzərindən getsə cavab tez çıxar, ancaq situasiya tipli açıq yazılı sualların yoxlanılması uzun vaxt alır.

Əgər nəticələri gözləsək, məsələn, 1-ci və 4-cü qruplar iyunun 7-si imtahana girəcəklər, 51 min nəfərdən də çox gənc var. Onların ümumilikdə cavablarının, yığdıqları balların elanı iyun ayının axırı və iyulun əvvəlində açıqlanacaq. Növbəti cəhd imtahanlarında – 5 iyul tarixində 2 və 3-cü qruplar, iyul ayının 12-də 1 və 4-cü qruplar iştirak edəcək. 1-ci cəhd imtahan nəticələrinin hamısı eyni vaxtda açıqlanmır. Ondan sonra da ərizə qəbuluna yenidən vaxt ayırmalıyıq: Təxminən iyul ayının 5-dən 15-qədər bir tarix.

İyulun 15-ə qədər ərizə qəbulu həyata keçirsək, o zaman məcburuq imtahanları iyulun 15-i ya da 20-ə 1-ci cəhdi, 25-ə isə 2-ci cəhdi təyin etsək, onda cavablar avqustun 20-ə qədər uzanacaq. Həmin vaxt artıq toplanan ballardan sonra apellyasiya mərhələsi, ixtisaslaşma dövrü gələcək və bu da tədris ilinin başlanmasına bir neçə gün qalmışa qədər zaman alacaq. Təsəvvür edin, dərs ili başlayır biz imtahan cavablarını, müsabiqəni açıqlaya bilmirik. Tədris ili də oktyabrda başlamalı olacaq”.

Təhsil eksperti vurğulayıb ki, 1-ci cəhddə imtahana gedənlərin sayı 100 min nəfərə yaxın idisə,  indi 2 gün yarım vaxt var və bu rəqəm 40 min nəfərə yaxındır:

“1-ci imtahana qatılan 50 -60 min nəfər hələ ikinciyə qeydiyyatdan keçməyib. İstəyirlər ki, nəticələri dəqiq bilsinlər. Mən də razıyam öncə nəticələr məlum olmalıdır, amma ödəniş tələbi hamıya da şamil edilmir. Sosial cəhətdən həssas statusu daşıyanlar ödənişlərdən azaddırlar”.

Xanlar Xanlarzadə isə qeyd edib ki, ali məktəblərə qəbul imtahanlarının 2-ci mərhələsi iki dəfə keçirilir:

“Bu da abituriyentlərin öz ixtiyarına buraxılır ki, onlar hər ikisində və ya birində iştirak etsinlər, heç bir məcburiyyət yoxdur. Ola bilsin kimsə hər iki cəhddə yazılaraq iştirak edir, bəziləri isə heç birincidən qeydiyyatdan keçmir və ikinciyə qatılır. İmtahanlarda iştirak ödənişlidir, lakin ilk dəfə imtahana gələnlər ödəniş etmir. Habelə müəyyən kateqoriyaya malik şəxslər var ki, onlar neçə dəfə iştirak etsələr də pul ödəmirlər- Məcburi köçkün statusu olanlar, şəhid ailələrinin üzvləri, eyni zamanda Azərbaycanın ərazi bütövlüyü uğrunda əlilliyi müəyyənləşdirilmiş insanların övladları, ikinci qrup əlil şəxslər, valideyn himayəsindən məhrum olmuş uşaqlar.

DİM-in Mətbuatla iş sektorunun müdiri onu da əlavə edib ki, abituriyentlər imtahan nəticələrini təqribi olaraq bilirlər:

“İmtahandan sonra sual kitabçaları özlərinə verilir, dərhal da düzgün cavablar çıxır. İmtahanlar iyul ayında baş tutacaq və imtahana heç olmasa 20 gün qalmış qeydiyyat bitməlidir ki, növbəti imtahanın hazırlığına başlansın, say doğru, dəqiq hesablansın”.

Zərintac Mayisqızı 

 

Bənzər Xəbərlər

Cəmiyyət

Bakının bu qəsəbələrində qaz olmayacaq

İyul 27, 2026
Manşet

Əli Əsədov daha bir qərar imzaladı

İyul 24, 2026
Təhsil

Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edildi

İyul 24, 2026
Cəmiyyət

İyulun bütün sosial ödənişləri yekunlaşdırıldı

İyul 24, 2026
Cəmiyyət

8 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 2 nəfər vəzifədən azad edilib

İyul 24, 2026
Gündəm

Zefer.media İnformasiya Portalının könüllüləri Milli Mətbuat Günü münasibətilə təltif olunublar

İyul 24, 2026

XƏBƏR LENTİ

Qarabağ suvarma kanalında 33 yaşlı kişi batdı

27 İyul, 26 / 10:05

Hərbçimiz vəfat etdi

27 İyul, 26 / 10:04

Bakının bu qəsəbələrində qaz olmayacaq

27 İyul, 26 / 10:02

Rusiya Ukraynaya müxtəlif növ dronlarla hücum etdi

27 İyul, 26 / 9:59

Keyhan: “İndi geri çəkilməyin vaxtı deyil, ABŞ qüvvələrinə hücum edin”

27 İyul, 26 / 9:52

Millət vəkili: “İran heç bir hücumu cavabsız qoymayacaq”

27 İyul, 26 / 9:49

Əraqçı Trampın İran aktivləri ilə bağlı qərarını sərt tənqid etdi

24 İyul, 26 / 20:12

“Qarabağ”ın oyunu bu hakimlərə tapşırıldı

24 İyul, 26 / 18:26

İspaniyada böyük meşə yanğınları

24 İyul, 26 / 18:22

Ağdamda keçmiş təmas xəttində yanğın davam edir

24 İyul, 26 / 18:20

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.