Ermənistan Təhlükəsizlik Şurasının yeni katibi Alen Simonyan yeni vəzifəsində ilk görüşünü İrəvanda səfərdə olan ABŞ Nümayəndələr Palatası Abraham Hamadla keçirib.
Zefer.media xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Tərəflər TRIPP layihəsinin həyata keçirilməsi, regional proseslər və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Xatırladaq ki, Hamad Ermənistana 18 avqust 2026-cı ildə gəlib. O, artıq Ermənistan Parlamentinin sədri Ruben Rubinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
Zərintac Mayisqızı