Xarici xəbərlər

Aİ sakinlərinin 53 faizi Ukraynanın sürətləndirilmiş üzvlüyünə qarşıdır

14 Oktyabr 2026, 12:100
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Avropa İttifaqı (Aİ) sakinlərinin 53 faizi Ukraynanın birliyə sürətləndirilmiş qaydada qəbul edilməsini dəstəkləmir. Almaniyada isə bu təşəbbüsə dəstək səviyyəsi 61 faizdən 41 faizə düşüb.

Zefer.media “Minval”a istinadən xəbər verir ki, bu nəticələr Bertelsmann Fondunun 2026-cı ilin iyun ayında keçirdiyi sorğuda əks olunub. Ukrayna vətəndaşlarının 83 faizi ölkənin Aİ-yə sürətləndirilmiş üzvlüyünü dəstəklədiyi halda, bu göstərici Aİ sakinləri arasında 47 faiz təşkil edib.

Aİ-nin ən böyük 10 ölkəsi arasında Almaniya sürətləndirilmiş üzvlüyə dəstək səviyyəsinə görə sondan ikinci yerdə qərarlaşıb. Sorğu iştirakçılarının 41 faizi bu təşəbbüsü dəstəkləyib. Rumıniyada isə göstərici 40 faiz olub.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600