Gələn həftə Avropa İttifaqı (Aİ) 2 iyul gecəsi Kiyevə edilən kütləvi hücuma cavab olaraq Rusiyaya qarşı kiçik sanksiyalar paketini təsdiqləməyə çalışacaq.
Zefer.media xəbər verir ki, bu barədə jurnalistlərə Prezident yanında Sanksiyalar Siyasəti üzrə Komissar Vladislav Vlasyuk bildirib.
Onun sözlərinə görə, bu gün Ukraynanın daha bir kütləvi atəşə tutulması Aİ-dən tez bir reaksiya alıb və artıq yeni sanksiyalara cavab hazırladığını açıqlayıb.
Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bu gün təkcə qınaq sözlərinin kifayət etmədiyini açıq şəkildə bildirdi və Rusiya hərbi-sənaye kompleksini dəstəkləyən və maliyyələşdirən şirkətlərə qarşı əlavə məhdudiyyətlərin tətbiq olunduğunu elan etdi.
Zərintac Mayisqızı

















