Avropa İttifaqı (Aİ) bu gün Ankaraya mühüm səfər edib.
Zefer.media xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas ilə görüşüb.
Görüşə həmçinin Aİ-nin Genişlənmə üzrə Komissarı Marta Kos və Daxili İşlər və Miqrasiya üzrə Komissarı Maqnus Brunner, Türkiyə Xarici İşlər Naziri Hakan Fidan, Prezidentin Kommunikasiya Direktoru Burhanəddin Duran və Prezidentin Xarici Siyasət və Təhlükəsizlik üzrə Baş Məsləhətçisi Akif Çağatay Kılıç da qatılıb.
Beştəpədə keçirilən görüşdə bir neçə vacib gündəm mövzuları yer alıb.
Onlardan biri Türkiyənin Avropa İttifaqına tamhüquqlu üzvlük məqsədi olub. Görüşdə Aİ-nin genişlənməsinin ədalətli və ləyaqətə əsaslanan olması gözləntisi ifadə edilib.
Bugünkü görüşdə əsasən siyasi, enerji və nəqliyyat sektorlarında yeni əməkdaşlıqlar müzakirə olunub.
Türkiyə vətəndaşlarının üzləşdiyi viza problemi, viza liberallaşdırılması dialoq prosesinin bərpası və iqtisadi sektorda Gömrük İttifaqı müqaviləsinin yenilənməsi ilə bağlı gözləntilər də qaldırılıb.
Zərintac Mayisqızı

















