Dünən ABŞ prezidenti Donald Tramp yenidən İranla bağlı açıqlama verib.
Zefer.media-nın əldə etdiyi məlumata görə, Tramp İrana etibar etmədiyini bildirərək deyib:
“Mən İrana güvənmirəm. İrana etibar edən sonuncu insan mənəm. Onlar mənə daim yalan danışıblar”.
ABŞ prezidenti hazırda Hörmüz boğazına tam nəzarət etdiklərini də vurğulayıb:
“Hazırda Hörmüz boğazı üzərində tam nəzarətimiz var. Onların nəzarəti yoxdur. Biz boğaza sahibik”.
Tramp əlavə edib ki, İran müəyyən mərhələdə nəsə edə bilər, ancaq hazırda vəziyyətin yaxşı olduğunu bildirib.
ABŞ prezidenti, habelə, İranın uzun illər Yaxın Şərqin “zorakısı” olduğunu deyərək, ölkənin artıq bu statusda olmadığını söyləyib.
Zərintac Mayisqızı




