Dünya

ABŞ yenidən vətəndaşlarını dərhal İranı tərk etməyə çağırdı

22 Aprel 2026, 18:003
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün ABŞ İranın hava məkanının qismən yenidən açılması fonunda öz vətəndaşlarına İranı dərhal tərk etmələri barədə təcili xəbərdarlıq edib.

Zefer.media xəbər verir ki, bu barədə Dövlət Departamentinin Konsulluq Məsələləri Bürosunun “Travel Gov” adlı “X” hesabında yayımlanan açıqlamada bildirilib.

“21 aprel tarixindən etibarən İranın hava məkanı qismən açılıb və amerikalılar ölkəni tərk etmək üçün bu fürsətdən istifadə etməlidirlər. ABŞ vətəndaşları uçuşlarla bağlı yenilikləri yerli mediadan izləməli, əlavə məlumat üçün isə kommersiya hava daşıyıcıları ilə əlaqə saxlamalıdır. İranı tərk etmək istəyən şəxslərin quru yolu ilə Azərbaycan, Ermənistan, Türkiyə və Türkmənistana keçə bilər”, – məlumatda vurğulanıb.

ABŞ-İran ikili vətəndaşlığı olan şəxslərə isə ölkəni İran pasportu ilə tərk etmələri tövsiyə olunub.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600