Dünya

ABŞ yenidən İrana dəniz blokadası tətbiq etdi

15 İyul 2026, 13:305
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Dünən ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) prezident Donald Trampın göstərişi ilə Hörmüz boğazında dəniz blokadasının yenidən tətbiq edildiyini açıqlayıb.

Zefer.media CENTCOM-a istinadən xəbər verir ki, blokada saat 16:00-dan etibarən qüvvəyə minib. Komandanlıq Oman körfəzi və Hörmüz boğazı ətrafında fəaliyyət göstərən bütün gəmiləri ABŞ hərbi qüvvələrinin göstərişlərinə əməl etməyə və zərurət yaranacağı təqdirdə onlarla əlaqə saxlamağa çağırıb.

Bəyanatda bildirilib ki, ABŞ qüvvələri İran limanlarına və sahil ərazilərinə istiqamətlənən gəmilərə qarşı blokada tətbiq edəcək.

Tramp da daha əvvəl Hörmüz boğazında blokadanın bərpa ediləcəyini açıqlayaraq, ABŞ-nin bundan sonra “Hörmüz boğazının keşikçisi” kimi fəaliyyət göstərəcəyini bildirmişdi. ABŞ bundan öncə də aprelin 13-də Hörmüz boğazında blokada tətbiq etmiş, lakin iyunun 18-də imzalanan anlaşma memorandumundan sonra həmin tədbir dayandırılmışdı.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600