Dünya

ABŞ Yaxın Şərqə daha bir qrup F-35 gizli qırıcı göndərib

10 Fevral 2026, 12:003
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ Yaxın Şərqə daha altı “F-35A Lightning II” beşinci nəsil gizli qırıcılardan ibarət qrup göndərib.

Zefer.media xəbər verir ki, bazar günü təyyarə, üç ədəd “KC-135 Stratotanker” təyyarəsi tərəfindən dəstəklənən transatlantik uçuşdan sonra, Yaxın Şərqə yerləşdirilmək üçün Böyük Britaniyada “RAF Lakenheath”də dayanıb.

ABŞ daha əvvəl bölgəyə altı təyyarədən ibarət oxşar qrup yerləşdirmişdi. 12 ədəd F-35C qırıcısından ibarət eskadrilya da Ərəbistan dənizindəki Amerika təyyarədaşıyan gəmisinin bazasında yerləşir. Ötən çərşənbə axşamı onlardan biri daşıyıcıya yaxınlaşan İranın “Şahed-139” pilotsuz təyyarəsini vurub.

F-35C-dən başqa, daşıyıcıda “F/A-18 Super Hornet” qırıcılarının üç eskadronu, elektron müharibə və havadan erkən xəbərdarlıq təyyarələri də var.

Yeganə

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600