“The National Interest” Hörmüz boğazının gələcəyi ilə bağlı üç mümkün ssenarini irəli sürüb: İranın nəzarəti altında seçmə gəmi keçidinin davam etməsi, ABŞ ordusunun boğaza nəzarəti ələ keçirməyə cəhd göstərməsi və ya diplomatik, ancaq kövrək razılaşmanın əldə olunması.
Zefer.media xəbər verir ki, bu barədə nəşr Pakistan mənbəsinə istinadən bildirib.
ABŞ və İran arasında gizli təmaslar artıq Qırmızı dəniz və Bab əl-Məndəb boğazındakı vəziyyəti də əhatə edir. Mənbə bildirib ki, tərəflər arasında növbəti məxfi danışıqlar mərhələsi məhz bu iki strateji su yoluna həsr olunub.
Məlumata görə, Vaşinqton Hörmüz boğazı və Qırmızı dənizdə hücumların, eləcə də beynəlxalq gəmiçiliyə qarşı əməliyyatların dayandırılmasına çalışır. İran isə iyun ayında əldə olunduğu bildirilən müvəqqəti razılaşmada nəzərdə tutulan öhdəliklərin, o cümlədən neft satışına imkan yaradılması və sanksiyaların mərhələli şəkildə yumşaldılmasının yerinə yetirilməsini istəyir.
Zərintac Mayisqızı

















