Xarici xəbərlər

ABŞ və İran 60 günlük atəşkəsin uzadılmasına razılaşıb

12 Avqust 2026, 15:263
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün ABŞ və İranın 60 günlük atəşkəsin uzadılması barədə razılığa gəldiyi bildirilib.

Zefer.media xəbər verir ki, bununla bağlı, Türkiyənin Anadolu Agentliyi bildirib.

Agentliyin Pakistan hökumətindəki mənbələrə istinadən yaydığı məlumata görə, 17 avqustda başa çatacaq atəşkəsin İslamabad Sazişi çərçivəsində uzadılması ilə bağlı tərəflər prinsipial razılığa gəliblər.

Belə ki, ABŞ və İran atəşkəsin uzadılması məsələsində vasitəçinin təklifini qəbul ediblər. Lakin uzadılmanın müddəti hələ müəyyənləşdirilməyib və bununla bağlı danışıqlar davam edir.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600