Dünən ABŞ-nin müharibə naziri Pit Heqsetin Senatda çıxışı zamanı etiraz aksiyası baş verib.
Zefer.media xəbər verir ki, hadisə ABŞ Senatında Donald Tramp administrasiyasının əlavə maliyyə tələbi ilə bağlı keçirilən dinləmələr zamanı qeydə alınıb.
Pit Heqset çıxış edərkən bir qadın etirazçı üzərində “İrana qarşı müharibəyə yox!” yazılmış poster qaldırıb.
Təhlükəsizlik əməkdaşları etirazçını zaldan çıxararkən o, “90 milyon insan üçün əlləriniz qan içindədir” deyə qışqırıb.
Zərintac Mayisqızı

















