ABŞ neftin qiymətini daha da aşağı salmaq məqsədilə Rusiyanın “kölgə donanması”na qarşı sanksiyaları yumşaltmağı nəzərdən keçirir.
Zefer.media “Reuters” agentliyinə istinadən xəbər verir ki, anonim amerikalı rəsminin sözlərinə görə, Vaşinqton yaxın vaxtlarda əvvəllər sanksiyalara məruz qalmış Rusiya, İran və Venesuela tankerlərinin ABŞ məhdudiyyətlərinə düşməyən neftin daşınması üçün istifadəsinə icazə verə bilər.
Rəsminin sözlərinə görə, bu qərarın məqsədi Fars körfəzindən neft və neft məhsullarının tədarükünü artırmaq, bununla da daşınma xərclərini azaltmaqdır. Həmin xərclər ABŞ neftinə olan tələbatın azalmasına səbəb olur.
Aytən Yalçınqızı




