Bu gün İraqın Ərbil şəhəri üzərində ABŞ-yə məxsus hava hücumundan müdafiə sistemləri İranın pilotsuz uçuş aparatlarının (PUA) hücumunu dəf etməyə çalışır.
Zefer.media xəbər verir ki, müdafiə sistemləri şəhər səmasında aşkar edilən dronları zərərsizləşdirmək məqsədilə fəaliyyətə başlayıb.
Hadisə ilə bağlı rəsmi qurumlar hələlik hücumun nəticələri və mümkün ziyan barədə açıqlama verməyib.
Zərintac Mayisqızı




