Dünya

ABŞ öz vətəndaşlarını bu ölkəni tərk etməyə çağırdı

5 May 2026, 18:112
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün Amerika Birləşmiş Ştatları (ABŞ) hökuməti öz vətəndaşlarını dərhal İraq ərazisini tərk etməyə çağırıb.

Zefer.media xəbər verir ki, ABŞ-nin Bağdaddakı səfirliyi təhlükəsizlik riskini 4-cü səviyyəyə qaldıraraq ən yüksək xəbərdarlıq elan edib.

Səfirliyin açıqlamasında bildirilib ki, İraq hava məkanı yenidən açılsa da, hazırda yalnız məhdud sayda kommersiya uçuşları həyata keçirilir.

Açıqlamada qeyd olunub ki, İraq səmasında raketlər və dronlarla bağlı davam edən təhlükə mövcuddur və ölkə daxilində səyahət etməyi planlaşdıran şəxslər bu risklərdən xəbərdar olmalıdır.

Səfirlik bir daha ABŞ vətəndaşlarına 4-cü səviyyəli xəbərdarlığın qüvvədə qaldığını xatırladaraq vurğulayıb: “İraqa səyahət etməyin. Əgər İraqdasınızsa, dərhal oranı tərk edin”.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600