Xarici xəbərlər

ABŞ-nin Kubaya mümkün hərbi müdaxilə planlarını sürətləndirdiyi iddia edilib

16 Aprel 2026, 11:436
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ-də Prezident Donald Tramp administrasiyasının Kubaya qarşı mümkün hərbi müdaxilə ehtimalına görə hazırlıqlarını artırdığı iddia edilib.

Zefer.media xəbər verir ki, bu barədə “USA Today” məlumat yayıb.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) rəhbərliyində Kubaya mümkün əməliyyat üçün hərbi planlaşdırmalar sürətlənib.

Məlumata görə həmin göstərişlər ABŞ ilə Kuba arasında son dövrlərdə artan gərginliyin nəticəsidir və bunun Donald Tramp administrasiyasının yanvarda Kubaya neft tədarükünü məhdudlaşdırması ilə bağlı olduğu iddia edilib.

ABŞ Müdafiə Nazirliyi isə “USA Today”ə açıqlamasında müxtəlif ssenarilər üzrə planlamanın rutin xarakter daşıdığını və Donald Trampın göstərişlərinə uyğun hərəkət etməyə hazır olduqlarını ifadə edib.

Ağ Ev rəhbəri 30 yanvarda Kubaya neft satan və ya təmin edən ölkələrdən gələn bütün mallara gömrük rüsumu tətbiqini nəzərdə tutan sərəncam imzalayıb. O, 13 apreldə isə İran məsələsindən sonra Kuba ilə də “məşğul olacaqlarını” deyərək, “Kuba fərqli bir hekayədir… İrandan sonra ora baxa bilərik” ifadəsini işlədib.

Migel Dias Kanel isə mümkün ABŞ müdaxiləsi ilə bağlı “Əgər bu baş verərsə, mübarizə olacaq, özümüzü müdafiə edəcəyik və lazım olsa öləcəyik” deyib.

Lalə Qurbanlı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600