Dünya

ABŞ-nin İrana qarşı yeni hava əməliyyatı başa çatıb

20 İyul 2026, 11:431
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bakı vaxtı ilə saat 06:00-da İrana qarşı ardıcıl doqquzuncu gecə hava əməliyyatını başa çatdırıb.

Zefer.media xəbər verir ki, bu haqda ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib.

Komandanlığın məlumatına görə, əməliyyat zamanı İranın Hörmüz boğazından keçən ticarət gəmiləri və mülki dənizçilərə hücum imkanlarını zəiflətmək məqsədilə onun hərbi komandanlıq mərkəzləri, hava hücumundan müdafiə sistemləti və sahil müşahidə mövqeləri, dəniz qüvvələrinə aid obyektlər, raket və pilotsuz uçuş aparatlarının buraxılış məntəqələri, eləcə də rabitə şəbəkələri hədəfə alınıb.

CENTCOM vurğulayıb ki, əməliyyatlar ABŞ prezidenti Donald Trampın birbaşa göstərişi ilə həyata keçirilib.

Bəyanatda həmçinin qeyd olunub ki, ABŞ qüvvələri bölgədə ən yüksək döyüş hazırlığı səviyyəsində qalır və verilən tapşırıqları yerinə yetirməyə hazırdır.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600