• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
18.2° Weather Columbus
$
1.7
€
1.9685
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Banner

ABŞ-nin Hörmüz boğazında başlatdığı blokada yeni münaqişələrə səbəb ola bilər - Turan Rzayev

14 Aprel, 26 / 13:46
A A

“ABŞ-nin Hörmüz boğazında başlatdığı blokada İrana qarşı olsa da, daha ciddi narahatlıqlar yaradıb. Bu addım hətta ehtimal edilən yeni münaqişələrə səbəb ola bilər”.

Zefer.media xəbər verir ki, bu sözləri politoloq Turan Rzayev bildirib.

Onun sözlərinə görə ümumilikdə, Hörmüz boğazı yaxınlığında hərbi blokada əməliyyatını dəstəkləmək üçün 15-dən çox ABŞ hərbi gəmisi əraziyə cəlb edilib:

“ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus atom aviadaşıyıcısı “George Bush” isə Cəbəllütariq boğazını keçərək Aralıq dənizi akvatoriyasına daxil olub. ABŞ hərbçilərinin hesablamalarına görə, zərbə qrupu yaxın 3–5 gün ərzində Mərkəzi Komandanlığın əməliyyat zonasına çatacaq”.

Turan Rzayev deyib ki, Vaşinqtonun bu addımı zahirdə İrana qarşı yönəlsə də, əslində, daha geniş mesaj daşıyır:

“Təsadüfi deyil ki, prosesdən ən çox narahat olan ölkə Çindir. Pekin bu regiondan enerji baxımından ciddi asılıdır və belə addımları öz iqtisadi təhlükəsizliyinə təhdid kimi görür. Buna görə də hərbi dəniz donanmasını Fars körfəzi yaxınlığında saxlayacağını bəyan edib. Qeyd olunub ki, Çin donanması körfəz yaxınlığında gəmiləri müşayiət edəcək. Bununla yanaşı, Pekin Çinə aid gəmilərə müdaxilə ilə bağlı xəbərdarlıq da edib.

Aydın məsələdir ki, Çin donanmasının “müşayiət” adı ilə bölgəyə yaxınlaşması sadəcə müdafiə deyil, eyni zamanda siyasi siqnaldır. Yəni Pekin “mən də buradayam” deyir.

ABŞ üçün indiki məqamda əsas rəqib Çindir. Vaşinqtonun gec-tez fokusunu Pekinə çevirəcəyi bəllidir. Lakin birbaşa hərbi toqquşma nə Pekin, nə də Vaşinqton üçün gözə alınacaq bir ssenari deyil. Tərəflərin açıq müharibədən maksimum qaçmağa çalışacağı istisna olunmur. Lakin eyni zamanda hər iki ölkə bir-birinə birbaşa toxunmadan, çox yaxın məsafədə hərbi güc nümayiş etdirə bilər. Bununla da 21-ci əsrin Karib böhranına, daha dəqiq desək, “Hörmüz böhranı”na şahid ola bilərik.

Əlbəttə, bu, hələlik ehtimaldır. Lakin Vaşinqtonun əraziyə donanma cəlb etməsi, blokada qərarında israrı, Pekinin isə öz maraqları kontekstində hərəkətə keçməsi sözügedən versiyanı ciddiləşdirir”.

Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

Dünya

Almaniya Xarici İşlər Nazirliyi: Ukrayna ilə bağlı sülh danışıqları bu yay başlaya bilər

İyun 16, 2026
Dünya

İran XİN ABŞ ilə razılaşmanın detallarını açıqlayıb

İyun 16, 2026
Gündəm

Azərbaycan Turizm Bürosu “WiT Phocuswright Middle East” tədbirində iştirak edib

İyun 16, 2026
Gündəm

Xırdalan şəhərində 3300 metr yeni kanalizasiya kollektoru inşa edilir

İyun 16, 2026
Dünya

Tramp: “Hazırda İranda çox düzgün insanlarla işləyirik”

İyun 16, 2026
Gündəm

Fərid Şahbazlı: Humanitar hüquq bütün münaqişələrdə qorunmalıdır

İyun 16, 2026

XƏBƏR LENTİ

Mediada dezinformasiya risklərini azaltmaq üçün yeni mexanizmlər hazırlanır

16 İyun, 26 / 18:03

Almaniya Xarici İşlər Nazirliyi: Ukrayna ilə bağlı sülh danışıqları bu yay başlaya bilər

16 İyun, 26 / 17:55

İsrail ABŞ–İran anlaşmasının mətnini əldə edə bilməyib

16 İyun, 26 / 17:42

İran XİN ABŞ ilə razılaşmanın detallarını açıqlayıb

16 İyun, 26 / 17:36

Suriya Livana hərbi müdaxiləyə qarşı çıxdı

16 İyun, 26 / 17:33

Azərbaycan Turizm Bürosu “WiT Phocuswright Middle East” tədbirində iştirak edib

16 İyun, 26 / 17:08

Xırdalan şəhərində 3300 metr yeni kanalizasiya kollektoru inşa edilir

16 İyun, 26 / 16:58

Gənc oğlan çayda batdı

16 İyun, 26 / 16:41

Bu tarixlərdə intensiv yağış yağacaq

16 İyun, 26 / 16:40

“Suriya Hizbullah məsələsində İsraildən daha uğurlu iş görərdi”

16 İyun, 26 / 16:35

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.