Dəniz nəqliyyatını izləyən “Tanker Trackers” hesabı bildirib ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sıradan çıxardığını açıqladığı “Belma” tankeri son illərdə ən azı 38 milyon barel İran xam nefti daşıyaraq Tehran üçün əsas gəlir mənbələrindən biri olub.
Zefer.media xəbər verir ki, hesabın “X” platformasında yaydığı məlumata görə, 9289491 qeydiyyat nömrəli və Kurasao bayrağı altında üzən tanker uzun müddət İran neftinin daşınmasında istifadə edilib.
CENTCOM daha öncə Xarq adasına doğru hərəkət edən və dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymadığını bildirdiyi “Belma” tankerinin tüstü borusuna Hellfire raketi ilə zərbə endirərək onu istismardan çıxardığını açıqlamışdı. ABŞ hərbi komandanlığı bu addımın İrana qarşı tətbiq edilən dəniz blokadasının icrası çərçivəsində atıldığını bildirib.
Zərintac Mayisqızı




