Bu gün ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS George Washington” (CVN-73) təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi aviadaşıyıcı zərbə qrupu Yaxın Şərqə çatıb.
Zefer.media xəbər verir ki, bununla bağlı ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” hesabında paylaşım edərək yazıb:
“ABŞ Hərbi Dəniz Qüvvələrinin hərbçiləri “USS George Washington” (CVN-73) təyyarədaşıyan gəmisinin uçuş göyərtəsində çalışırlar. Gəmi avqustun 20-də Ərəbistan dənizindən keçib.
“George Washington” aviadaşıyıcı zərbə qrupu planlaşdırılmış missiya çərçivəsində Yaxın Şərqdə fəaliyyət göstərir. Qrup ötən gün CENTCOM-un məsuliyyət zonasına daxil olub”.
Zərintac Mayisqızı

















