• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
7.2° Weather Columbus
$
1.7
€
1.9934
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Siyasət

ABŞ-İsrailin İrana qarşı savaşı Rusiyanın işinə yarayır - Politoloq

27 Mart, 26 / 17:09
A A

“ABŞ-İsrail cütlüyünün İrana qarşı müharibəsi Rusiyanın işinə yarayıb. Birincisi, beynəlxalq aləmin diqqəti Rusiya-Ukrayna müharibəsindən Yaxın Şərqdəki gərgin vəziyyətə yönəlib. İkincisi, ABŞ Rusiyanın enerji daşıyıcılarına tətbiq etdiyi sanksiyaları müvəqqəti olaraq yumşaldıb. Yaxın Şərqdə müharibə uzanacaqsa “müvəqqəti yumşalmanın” müddəti də uzadılacaq. Üçüncüsü, Rusiya artan neft qiymətlərindən gəlirlərini artırıb. Çin və Rusiya fürsətdən yararlanaraq Rusiyadann neft alışını artırıblar”.

Zefer.media xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu öz “Facebook” hesabında yazıb.

O bildirib ki, bu arada Rusiya və Hindistan əməkdaşlığı genişləndirməyə qərar veriblər:

“Martin 23-də “Rusiya və Hindistan: İkitərəfli münasibətlər üçün yeni gündəliyə doğru” adlı konfransda iki ölkənin akademik, ekspert və diplomatik dairələrinin nümayəndələri iştirak ediblər. Konfrans iştirakçıları ikitərəfli münasibətlərin mövcud vəziyyətini müzakirə ediblər. Çıxışlarda iki ölkə arasında siyasi tədbirlərin davam etdirilməsinin zəruriliyi vurğulanıb. Yeni Dehlinin Moskva ilə strateji tərəfdaşlığını gücləndirməsi Hindistanın xarici siyasət prioritetləri arasında qalır. Rusiya Prezidenti Vladimir Putinin 2025-ci ilin dekabr ayında Yeni Dehliyə səfəri zamanı strateji tərəfdaşlığı gücləndirən sazişlər imzalanıb. Öz növbəsində Kreml Hindistanın baş nazir Narendra Modinin bu il ərzində Moskvaya səfər edəcəyini gözləyir. 2025-ci ildə ikitərəfli ticarətin həcmi təxminən 60 milyard dollar olub. Liderlər 2030-cu ilə qədər bu rəqəmin 100 milyard dollara çatdıılması məqsədini təsdiqləyiblər. Maraqlıdır ki, hər iki tərəf ticarətdə dollardan imtina etməyə çalışırlar. İki ölkə arasında ticarətin 96 faizi milli valyutalarda aparılır. “Bloomberg” agentliyinin məlumatına görə, Hindistanın neft emalı zavodları Rusiya nefti üçün dollarla yox, başqa valyutalarla ödəniş etməyə başlayıb. Şirkətlər rupini “rus alıcılarına” məxsus xarici hesablara göndərirlər. Rupi daha sonra Çin yuanına, BƏƏ dirhəmlərinə və Honkonq və ya Sinqapur dollarlarına çevrilir”.

Politoloq qeyd edib ki, Moskva ilə Yeni Dehli BRİCS təşkilatının gücləndirilməsi qənaətindədirlər:

“Narendra Modi hesab edir ki, BRİCS Yaxın Şərqdə müharibələrinin dayandırılması üçün diplomatik fəallığını artırmalıdır. Çünki, Yaxın Şərqdə gərginlik və müharibələr BRİCS üçün ciddi problemlərə səbəb olub. Bölgədəki müharibələr nəqliyyat yollarından istifadəyə və gəmiçiliyə ciddi əngəllər yaradıb. Yaxın Şərqdə müharibələrin bitməsi regional layihələrin icrası anlamına gəlməyəcək. Çünki, bölgədə ölkələrarası münasibətlər normallaşmadığı mühitdə yeni müharibələrin baş verməsi ehtimalı yüksəkdir. Belə vəziyyətdə bölgə ölkələrindən keçməsi planlaşdırılan nəqliyyat yollarının tikintisi real deyil”.

Elxan Şahinoğlu onu da əlavə edib ki, Yeni Dehlinin Moskva ilə strateji tərəfdaşlığı gücləndirməsinə baxmayaraq, Hindistan hökuməti xarici siyasətdə strateji muxtariyyət kursundan da imtina etmir:

“Bu o deməkdir ki, Yeni Dehli ABŞ və Avropa İttifaqı ilə müxtəlif sahələrdə əlaqələrin inkişafında maraqlıdır. ABŞ və Avropa İttifaqı ölkələri Hindistanın əsas ticarət tərəfdaşlarıdır. Ona görə də Hindistanın Rusiya ilə yaxınlığı Qərbə qarşı yönəlməyib. Ancaq Yeni Dehli üçün iki qütb arasında balansı qorumaq asan deyil. Misal üçün İrana qarşı müharibə bitdikdən sonra Vaşinqton Yeni Dehlidən Rusiya neftini alışını dayandırmasını yenidən tələb edə bilər”.

 

Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

Gündəm

“İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimi olub

May 1, 2026
Dünya

İranın xarici işlər naziri və Livan Parlamentinin sədri arasında telefon danışığı olub

Aprel 30, 2026
Dünya

Tramp Almaniya kanslerinə İrana deyil, Ukraynaya diqqət yetirməyi məsləhət gördü

Aprel 30, 2026
Gündəm

XTQ-nin yaradılması günü münasibətilə silsilə tədbirlər keçirilib

Aprel 30, 2026
Manşet

Dövlət başçısı: "Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm"

Aprel 30, 2026
Gündəm

Azərbaycan Ordusunda kibertəhlükəsizlik üzrə mütəxəssislərin peşəkarlığı artırılır

Aprel 30, 2026

XƏBƏR LENTİ

“İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimi olub

01 May, 26 / 16:05

Uşağa doğru ad seçimi necə edilməlidir? - AÇIQLAMA

01 May, 26 / 15:53

TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub

01 May, 26 / 15:43

Rahim Hüseynov TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

01 May, 26 / 15:35

Alimlər beyinlə əlaqə qura bilən süni sinir hüceyrələri hazırlayıb

01 May, 26 / 13:51

Aİ “Meta” haqqında uşaq təhlükəsizliyi pozuntularına görə cəza tətbiqinə hazırlaşır

01 May, 26 / 13:47

Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb

01 May, 26 / 13:42

Diplomatik korpusun nümayəndələri Xocalı Soyqırımı Memorialında olublar

01 May, 26 / 13:36

“Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir”

01 May, 26 / 13:20

Azərbaycan güləşinin növbəti zəfəri

01 May, 26 / 13:16

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.