Dünya

ABŞ İranla əməkdaşlığa hazırlaşır: uranın zənginləşdirilməsi dayandırılacaq

8 Aprel 2026, 16:071
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ prezidenti Donald Tramp “Truth Social” platformasında paylaşım edərək İranın atəşkəs üçün irəli sürdüyü 10 bəndlik şərtlərlə bağlı açıqlama yayıb.

Zefer.media xəbər verir ki, Tramp ABŞ-nin İranla sıx əməkdaşlıq edəcəyini və Vaşinqtonun İran daxilində “müsbət mənada rejim dəyişikliyi” baş verdiyini müəyyən etdiyini bildirib.

“ABŞ İranla sıx əməkdaşlıq edəcək. Biz İranın müsbət mənada bir rejim dəyişikliyindən keçdiyini müəyyən etdik.
Uranın zənginləşdirilməsi olmayacaq və ABŞ İranla birlikdə işləyərək dərinlərə basdırılmış bütün nüvə “tozunu” qazıb təmizləyəcək.
Biz İranla tarif və sanksiyaların yüngülləşdirilməsi barədə müzakirələr aparırıq. 15 bəndin çoxu artıq razılaşdırılıb”, – deyə, Amerika lideri qeyd edib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600