Dünya

ABŞ İrandan neft daşıyan sanksiyalı tankeri saxladı

21 Aprel 2026, 18:242
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ hərbçiləri Botsvana bayrağı altında üzən və İrandan neft daşıyan M/T Tifani gəmisini ələ keçirib.

Zefer.media xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb .

Qeyd olunur ki, gəmi ABŞ-ın Hind-Sakit Okean Komandanlığının – INDOPACOM-un məsuliyyət zonasında saxlanılıb. M/T Tifani tankeri özü Botsvana bayrağı altında üzür və İrandan neft daşınması ilə məşğul olduğu üçün 30 iyul 2025-ci ildən sanksiyalar altındadır.

Hərbçilər gəmini saxlayaraq tankeri yoxlamaq üçün göyərtəyə bir araşdırma qrupu yerləşdiriblər. Yoxlama hadisəsiz keçib və Pentaqon oxşar əməliyyatların davam edəcəyini bildirib.

Bəyanatda deyilir: “Qanunsuz şə.əkələri pozmaq və İrana maddi dəstək verən sanksiyalı gəmiləri harada fəaliyyət göstərmələrindən asılı olmayaraq ələ keçirmək üçün qlobal dəniz hüquq-mühafizə səylərini davam etdirəcəyik. Beynəlxalq sular sanksiyalı gəmilər üçün sığınacaq deyil”.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600