Dünya

ABŞ İranda telekommunikasiya qülləsini vurdu: yaralananlar var

13 İyul 2026, 15:121
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Dünən Kerman əyalətində ABŞ-nin telekommunikasiya qülləsinə endirdiyi hava zərbəsi nəticəsində iki nəfər yaralanıb.

Zefer.media xəbər verir ki, bununla bağlı, İranın “Mehr News” agentliyi Kerman əyalətinin başçısının müavini Rəhman Cəlaliyə istinadən məlumat yayıb.

Bildirilib ki, hücum əyalətin cənubundakı dağlıq ərazidə yerləşən rabitə qülləsini hədəfə alıb.

Rəhman Cəlalinin sözlərinə görə, hadisə nəticəsində yaralanan iki nəfər xilasetmə qüvvələrinin müdaxiləsindən sonra helikopterlə tibb müəssisələrinə təxliyə olunub. Hazırda onların müalicəsinin davam etdiyi vurğulanır.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600