Dünya

ABŞ: “İran nüvə silahına təhlükəli dərəcədə yaxınlaşıb”

14 May 2026, 13:592
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

“İslam Respublikası nüvə silahının yaradılmasına “dəhşətli dərəcədə yaxındır”.

Zefer.media xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt Senatın Silahlı Qüvvələr Komitəsində çıxışı zamanı xəbərdarlıq edib.

Rayt bildirib ki, İranın uran ehtiyatlarının bir hissəsi 60 faiz, böyük hissəsi isə 20 faiz səviyyəsinə qədər zənginləşdirilib. O vurğulayıb ki, təxminən 90 faiz zənginləşdirmə səviyyəsi nüvə silahı üçün uyğun sayılır.

Onun sözlərinə görə, İranın təxminən bir ton uranı silah səviyyəsinə qədər zənginləşdirməsi üçün cəmi bir neçə həftə kifayət edə bilər.

Nazir qeyd edib ki, zənginləşdirmədən sonra hələ “silahlanma mərhələsi” qalır, ancaq Tehran həmin mərhələyə də “çox yaxın” vəziyyətdədir. Nazir İranın nüvə proqramının tam dayandırılmasını və gələcəkdə zənginləşdirmənin qarşısının alınmasını “müdrik strategiya” adlandırıb.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600