Dünya

ABŞ-dan F-35 ilə bağlı problemlər barədə xəbərlərə CAVAB

13 Fevral 2026, 14:002
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ Müdafiə Nazirliyi F-35A qırıcılarının radarsız çatdırılması ilə bağlı xəbərlərin yalan olduğunu bildirib.

Zefer.media xəbər verir ki, bu barədə “The War Zone” departament rəsmilərinə istinadən məlumat yayıb.

Pentaqon dəqiqləşdirib ki, İstehsal Lot 17-dən olan təyyarələr APG-81 radarları ilə təchiz olunub. Yeni sistemlər üzrə inteqrasiya işləri bağlı qapılar arxasında aparılır.

Bundan əvvəl mətbuatda yayılan xəbərlərdə iddia edilirdi ki, ötən ilin iyun ayından hərbçilər yeni AN/APG-85 radarındakı problemlər səbəbindən radarları quraşdırılmamış F-35-ləri alırmış. İddia edilib ki, yükləri tarazlaşdırmaq üçün təyyarənin burnuna yerləşdirilib və uçuşlar başqa təyyarələrdən gələn müşayiətçilərlə həyata keçirilib.

Yeni radar Blok 4 təkmilləşdirmə paketinin bir hissəsidir. Təkmilləşdirmə proqramı gecikmələr və artan xərclərlə üzləşdi. 2070-ci illərə qədər F-35-in yaradılması və istismarının ümumi dəyəri təxminən 2,1 trilyon dollar qiymətləndirilir.

2021-ci ildə Ukrayna F-35-in Rusiya radarlarına qarşı zəifliyi barədə xəbərdarlıq edib. Dekabrda Rumıniyanın ABŞ-dan 6,5 milyard dollara 32 ədəd F-35 Lightning II döyüş təyyarəsi almaq niyyətində olduğu bildirilmişdi.

Yeganə

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600