Siyasət

Slovakiyanın Baş prokuroru “ASAN xidmət”də

27 Noyabr 2026, 18:101
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Slovakiya Respublikasının Baş prokuroru Maroş Jilinkanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. 

Zefer.media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib və təqdimat edib.

Milli brendimiz olan ASAN-ın intellektual məhsul kimi ixracı istiqamətində 50-dən çox ölkə ilə əməkdaşlıq edildiyi diqqətə çatdırılıb.

Nümayəndə heyəti “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin və “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olub.

Slovakiya tərəfi “ASAN xidmət”in onlarda yüksək təəssürat yaratdığını bildirib.

 

 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600