Banner

Husilər Səudiyyə Ərəbistanında neft emalı zavoduna hücum etdiklərini açıqlayıblar

25 Noyabr 2026, 15:000
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatı (husilər) Səudiyyə Ərəbistanının Ras Tanura şəhərində yerləşən neft emalı zavoduna və paytaxt Ər-Riyaddakı maliyyə rayonuna hücum etdiyini bəyan edib.

Zefer.media xəbər verir ki, hərəkatın hərbi sözçüsü Yəhya Sari “Telegram” kanalında yaydığı açıqlamada iki hərbi əməliyyatın həyata keçirildiyini bildirib.

Onun sözlərinə görə, əməliyyatlardan biri Səudiyyə Ərəbistanının Şərq əyalətində yerləşən Ras Tanura neft emalı zavoduna qarşı yönəlib. Sari hücumun dəqiq zərbələrlə həyata keçirildiyini və nəticədə zavodun ərazisində yanğın baş verdiyini iddia edib.

Husilərin hərbi sözçüsü ikinci əməliyyatın isə Ər-Riyaddakı maliyyə rayonunu hədəf aldığını açıqlayıb. Onun iddiasına görə, hücum üç mərhələdə həyata keçirilib və əraziyə ciddi ziyan dəyib.

Hələlik Səudiyyə Ərəbistanı tərəfinin hücumlarla bağlı rəsmi açıqlaması və dəymiş zərərin miqyası barədə müstəqil təsdiqlənmiş məlumat yoxdur.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600