Banner

Baqayi: İran hərbi doktrinasını dəyişmək üçün Çin və Rusiyanın razılığına ehtiyac duymur

24 Noyabr 2026, 11:151
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İran öz hərbi doktrinasını dəyişdirmək üçün heç bir ölkənin, o cümlədən Çin və Rusiyanın razılığına ehtiyac duymur.

Zefer.media xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqayi keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, İran müstəqil dövlətdir və milli maraqları, təhlükəsizliyi və rifahı ilə bağlı qərarları özü qəbul edir.

Baqayi qeyd edib ki, Tehran müxtəlif məsələlərdə tərəfdaşları ilə məsləhətləşir və onların mövqelərini dinləyir. Lakin bu, ölkənin müstəqil qərarvermə hüququnu məhdudlaşdırmır.

“Bizim də, dostlarımızın da yaxşı bildiyi kimi, İran milli təhlükəsizlik və milli maraqlarla bağlı məsələlərdə müstəqil qərarlar qəbul edir. Bu, artıq aydın şəkildə nümayiş etdirilib”, – deyə XİN sözçüsü vurğulayıb.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600