Dünya

Papuaşvili: Aİ Asiya ilə körpülərini yandırır

18 Noyabr 2026, 14:561
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Avropa İttifaqının siyasəti Asiya ilə iqtisadi əlaqələrin zəifləməsinə, qaz qiymətlərinin artmasına, həyat səviyyəsinin aşağı düşməsinə və iqtisadi artımın yavaşlamasına səbəb ola bilər.

Zefer.media Caliber-ə  istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili brifinqdə bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı Gürcüstanı heç nəyə bağlamır, əksinə, Gürcüstan Aİ-ni Asiyaya bağlayır.

“Avropa İttifaqı bizi heç nəyə bağlamır; biz onu Asiyaya bağlayırıq. Asiya ilə körpülərini yandırmaqla özləri əziyyət çəkəcəklər: qazın qiyməti artacaq, həyat səviyyəsi aşağı düşəcək və iqtisadi artım azalacaq”, – deyə Papuaşvili vurğulayıb.

O əlavə edib ki, Brüssel baş verənlərə görə Rusiyanı günahlandırmaqda davam edir, halbuki Aİ öz qərarlarına görə məsuliyyət daşımalıdır.

 

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600