Buraxılış və qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə etməkdə təqsirləndirilən Kamran Əsədov və Gündüz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi oktyabrın 30-dək təxirə salınıb.
Zefer.media Crossmedia.az- a istinadən xəbər verir ki, Gəncə Şəhər Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxslərin vəkilləri iştirak etməyiblər.
Bu səbəbdən məhkəmə prosesinin davam etdirilməsi mümkün olmayıb.
Hakim bildirib ki, növbəti iclasda da vəkillər iştirak etməsələr, təqsirləndirilən şəxslərin müdafiəsinin təmin olunması üçün dövlət hesabına vəkil təyin ediləcək.
Cinayət işi üzrə növbəti məhkəmə iclası oktyabrın 30-na təyin olunub.
Qeyd edək ki, istintaq materiallarına əsasən, Kamran Əsədov və Gündüz Abbasov buraxılış və qəbul imtahanlarında abituriyentlərə qanunsuz texniki vasitələrlə kömək göstərməkdə ittiham olunurlar.
















