• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
13.7° Weather Columbus
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Mədəniyyət

Moskvada Azərbaycana məxsus çay mədəniyyəti və qonaqpərvərlik ənənələri təqdim olunub

22 Oktyabr, 26 / 18:49
A A

Azərbaycanın Rusiyadakı səfirliyində “Azərbaycanın çay mədəniyyəti və qonaqpərvərlik ənənələri” adlı mədəni-maarifləndirici tədbir keçirilib.

Zefer.media AZƏRTAC- a istinadən xəbər verir ki, görüş Moskva Beynəlxalq Qadınlar Klubu çərçivəsində təşkil olunub.

Tədbirdə klubun üzvləri, Rusiyada akkreditə olunmuş xarici diplomatik korpus təmsilçilərinin həyat yoldaşları, eləcə də Moskva şəhəri və vilayətində yaşayan Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Qonaqlara Azərbaycanın müxtəlif bölgələrinə məxsus milli geyimlər nümayiş etdirilib. İnteraktiv təqdimat Azərbaycan xalq musiqisi və rəqsləri ilə müşayiət edilib. Mədəni proqram çərçivəsində “Qarabağ” Qafqaz rəqsləri məktəbinin kollektivi çıxış edib.

Tədbirdə Azərbaycanın çay süfrəsi ənənələrinə xüsusi diqqət yetirilib. İştirakçılara çayın milli mədəniyyətimizdəki yeri barədə məlumat verilib, onun dəmlənməsi və süfrəyə təqdim olunma qaydaları nümayiş etdirilib. Qeyd olunub ki, Azərbaycanda çay mərasimi qonaqpərvərliyin, dostluğun və ünsiyyətin rəmzidir.

Səfirlik adından qonaqlara ölkəmizin mədəni irsinə göstərdikləri marağa görə təşəkkür olunub. Belə görüşlərin xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində, mədəniyyətlərarası dialoqun və humanitar əlaqələrin inkişafında mühüm rol oynadığı vurğulanıb.

Tədbirin hazırlanmasında və keçirilməsində iştirakına görə “Dostluq-Drujba” Mədəni və Maarifləndirici Tədbirlərə Dəstək və Təşkilat Mərkəzinin rəhbəri Ulduz Əsgərovaya, onun müavini Rəna İsmayılovaya və “Qarabağ” Qafqaz rəqsləri məktəbinin kollektivinə ayrıca təşəkkür bildirilib.

Moskva Beynəlxalq Qadınlar Klubunun nümayəndələri Azərbaycanın mədəniyyəti və ənənələri ilə daha yaxından tanış olmaq imkanı yaratdıqlarına görə tədbir təşkilatçılarına minnətdarlıqlarını ifadə ediblər.

Görüş Azərbaycan milli şirniyyatlarının dequstasiyası ilə başa çatıb.

Bənzər Xəbərlər

Mədəniyyət

Azərbaycanın “EXPO 2030 Ər-Riyad” sərgisində iştirakına dair müqavilə imzalanıb

Oktyabr 23, 2026
Mədəniyyət

Əməkdar artist Nərgiz Əliyarova Kitoda solo konsert proqramı ilə çıxış edib

Oktyabr 22, 2026
Mədəniyyət

“Vətənin Xəyalı” kitabının təqdimat mərasimi keçirilib

Oktyabr 21, 2026
Mədəniyyət

Nurlan Ordubadlıdan “Vətən” RƏVAYƏTİ

Oktyabr 19, 2026
Mədəniyyət

“44” bədii filminin növbəti tizeri yayımlanıb – Video

Oktyabr 19, 2026
Mədəniyyət

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

Oktyabr 18, 2026

XƏBƏR LENTİ

Mərakeşli gənclər Naxçıvana səfər ediblər

23 Oktyabr, 26 / 18:47

Qazaxda TIR yanıb

23 Oktyabr, 26 / 18:37

Dörd rayonda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

23 Oktyabr, 26 / 18:34

Azərbaycanda zərgərlik sahəsində yeni dövlət standartları qəbul edilib

23 Oktyabr, 26 / 18:28

Polşanın Baş naziri Tusk Hindistanın milli geyimində foto paylaşıb

23 Oktyabr, 26 / 18:19

Rusiya Ukraynanın istilik elektrik stansiyalarından birinə kütləvi zərbə endirib

23 Oktyabr, 26 / 18:07

Əraqçi Makronun İranın nüvə proqramı ilə bağlı bəyanatlarında ziddiyyətlərə diqqət çəkib

23 Oktyabr, 26 / 17:37

Azərbaycanın “EXPO 2030 Ər-Riyad” sərgisində iştirakına dair müqavilə imzalanıb

23 Oktyabr, 26 / 16:16

Qarabağ qazisi səlahiyyətli nümayəndəliklə bağlı məhkəməyə müraciət etdi

23 Oktyabr, 26 / 15:28

“Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı” mövzusunda tədbir

23 Oktyabr, 26 / 15:01

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.