Almaniyada Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən 53 yaşlı Ukrayna vətəndaşı saxlanılıb.
Zefer.media “Der Spiegel” nəşrinə istinadən xəbər verir ki, prokurorluğun versiyasına görə, Vadim Yu. bir ildən çox müddət ərzində vasitəçi vasitəsilə Rusiya xüsusi xidmət orqanlarına hərbi məlumatlar ötürüb.
Rusiya tərəfini zirehli texnikanın və döyüş sursatlarının istehsalı, eləcə də NATO-nun şərq cinahındakı obyektlər barədə məlumatlar maraqlandırıb.
Məlumatların bir hissəsi açıq mənbələrdən əldə edilib, digər hissəsini isə şübhəli şəxs müdafiə sənayesi nümayəndələrindən alıb.
“Der Spiegel”in məlumatına görə, o, həmçinin 2027-ci ildə Litvada yerləşdirilməsi planlaşdırılan Bundesverin 45-ci tank briqadası ilə də maraqlanıb.
Pərvin Hacıyeva




