Xarici xəbərlər

Rusiya balıqçı gəmilərinin Britaniya sahillərində sualtı kabelləri izlədiyi iddia olunur

22 Oktyabr 2026, 18:211
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Rusiyaya məxsus balıqçı gəmilərinin Böyük Britaniya sahillərində sualtı kabelləri izlədiyi bildirilir.

Zefer.media “The Telegraph” qəzetinə istinadən xəbər verir ki, son 4,5 il ərzində Rusiyanın mülki gəmiləri Böyük Britaniyanı Avropa və ABŞ-la birləşdirən mühüm kabellərin üzərində və ya boyunca 500 dəfədən çox dayanıb və ya hərəkət edib.

Məlumata görə, Rusiya bu yolla dəniz dibini öyrənir və NATO ilə mümkün münaqişə zamanı zədələmək məqsədilə kabellərin dəqiq yerləşməsini müəyyənləşdirir.

Rusiya gəmiləri ən çox Şotlandiyanın şimalında yerləşən “Atlantic Crossing 1” kabelinin üzərində vaxt keçirib. Bu müddət ümumilikdə 337 saat olub. Həmin vaxtın 322 saatı 2023-cü ilin aprel ayına təsadüf edib.

NATO-dan bildirilib ki, alyans Rusiya traulerlərinin fəaliyyətindən xəbərdardır və onları izləyir.

“The Telegraph” qəzetinin mənbəsinin sözlərinə görə, bu gəmilərin bəzilərinin göyərtəsində heç vaxt balıq görülməyib.

Pərvin Hacıyeva

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600