Xarici xəbərlər

Uitkoff Ukrayna ilə bağlı danışıqlar üçün Norveçə, daha sonra Rusiyaya gedəcək

20 Oktyabr 2026, 22:430
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun bu həftə Norveçdə Ukrayna ilə bağlı danışıqlarda iştirak etməsi, daha sonra isə Rusiyaya səfər etməsi planlaşdırılır.

Zefer.media “Reuters”ə istinadən xəbər verir ki, Osloda keçiriləcək danışıqlarda Ukrayna Prezidenti Volodimir Zelenski, Norveçin Baş naziri Yonas Qar Störe, Böyük Britaniya, Fransa, Almaniya və Polşanın nümayəndələri, həmçinin Avropa İttifaqı və NATO təmsilçiləri iştirak edəcəklər.

Görüşdə iştirak etməli olan ABŞ Prezidentinin kürəkəni Cared Kuşner xəstələndiyi üçün müzakirələrə videobağlantı vasitəsilə qoşulacaq.

Norveçdəki danışıqlardan sonra Uitkoffun Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Rusiyaya səfər etməsi də nəzərdə tutulur.

Qəmər Kazımzadə

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600