Rusiyanın Tambov vilayətində, Miçurinsk şəhəri yaxınlığında “Nikolskoe” neft nəqletmə stansiyasında yanğın baş verib.
Zefer.media xəbər verir ki, monitorinq və OSINT kanallarının məlumatına görə, stansiya bir neçə saat ərzində pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Stansiya magistral neft kəmərləri sisteminə daxildir və neftin, eləcə də yüngül neft məhsullarının nəqlində iştirak edir.
Qəmər Kazımzadə




