ABŞ administrasiyası Rusiya kölgə donanmasına daxil olan bəzi tankerlərin sanksiyaları formal olaraq ləğv etmədən qanuni dövriyyəyə qaytarılması imkanını nəzərdən keçirir.
Zefer.media “Bloomberg”ə istinadən xəbər verir ki, ABŞ-nin energetika naziri Kris Rayt sanksiya tətbiq edilmiş tankerlərin neftin qanuni daşınması üçün istifadə edə biləcək yeni sahiblərə satılmasına icazə verildiyini bildirib.
Onun sözlərinə görə, hazırda təxminən 1600 gəmi sanksiyalar altındadır. Bu təşəbbüs onlarla, hətta yüzlərlə tankerin qanuni dövriyyəyə qayıtmasına və dəniz daşımalarının xərclərinin azalmasına səbəb ola bilər.
Rayt ABŞ-nin bu yolla sanksiyaları faktiki olaraq aradan qaldırdığı fikrini rədd edib. O bildirib ki, mülkiyyətçi dəyişdikdən sonra həmin gəmilər sanksiya altındakı nefti daşımayacaq.
“Biz bəzi gəmiləri mənim ‘pis adamların donanması’ adlandırdığım qrupdan ‘yaxşı adamların donanması’na keçirəcəyik”, – deyə nazir bildirib.
Qəmər Kazımzadə




